"Hizbullah" lideri: "Suriya ərazisində silahlı münaqişə maksimum 1-2 il davam edəcək"

"Hizbullah" lideri: "Suriya ərazisində silahlı münaqişə maksimum 1-2 il davam edəcək" "Suriyada daha bir terror təşkilatı var - "Nüsra cəbhəsi"
Digər ölkələr
4 Yanvar , 2018 04:44
Hizbullah lideri: Suriya ərazisində silahlı münaqişə maksimum 1-2 il davam edəcək

Bakı. 4 yanvar. REPORT.AZ/ Suriya ərazisində silahlı münaqişə maksimum 1-2 il davam edəcək.

“Report” xəbər verir ki, bunu Livanın "Hizbullah" partiyasının lideri Həsən Nəsrullah deyib.

"Hizbullah" döyüşçüləri 2012-ci ildən Suriyanın hökumət ordusunu dəstəkləyir. Partiya liderinin sözlərinə görə, şiə könüllülərinin Suriya ərazisindən çıxarılması mühəribənin nəticəsindən və ölkə rəhbərliyinin qərarından asılıdır. O əlavə edib ki, Suriya hökuməti və könüllülər böyük uğurlar əldə ediblər, lakin "terrorçular üzərində tam qələbə hələ əldə olunmayıb".

"İŞİD qruplaşması məhv edilib, ancaq onun yaraqlıları hələ də Suriya, Liviya və başqa yerlərdə qalmaqdadırlar, bundan başqa, daha bir terror təşkilatı var - "Nüsra cəbhəsi", - deyə Nəsrullah xatırladıb.

Son xəbərlər

Orphus sistemi