Hindistanın ən böyük tərsanəsində partlayış olub, ölən və yaralananlar var

Hindistanın ən böyük tərsanəsində partlayış olub, ölən və yaralananlar var Partlayış neft platformasında təmir işləri zamanı baş verib
Digər ölkələr
13 Fevral , 2018 12:02
Hindistanın ən böyük tərsanəsində partlayış olub, ölən və yaralananlar var
РИА Новости

Bakı. 13 fevral. REPORT.AZ/ Hindistanın Koçin şəhərində yerləşən ölkənin ən böyük tərsanəsi "Cochin Shipyard Limited"də (Kerala ştatı) partlayış olub.

"Report" Hindistan KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 5 nəfər ölüb, 13 nəfər yaralanıb.

Partlayış Hindistanın "Oil and Natural Gas Corp" (ONGC) dövlət şirkətinə məxsus neft platformasında təmir işləri zamanı baş verib. Qəzanın dəqiq səbəbləri məlum deyil.

Hadisə yerində polis və yanğınspndürənlər işləyir.

Son xəbərlər

Orphus sistemi