Hindistanın Kerala ştatında leysan yağışları 42 nəfərin həyatına son qoyub - YENİLƏNİB

Hindistanın Kerala ştatında leysan yağışları 42 nəfərin həyatına son qoyub - YENİLƏNİB Hindistanın Kerala ştatında leysan yağışları 42 nəfərin həyatına son qoyub.Report xəbər verir ki, bubarədə yerli ANİ informasiya agentliyi məlumat yayıb.
Digər ölkələr
10 Avqust , 2019 08:08
Hindistanın Kerala ştatında leysan yağışları 42 nəfərin həyatına son qoyub - YENİLƏNİB
Hindistanın Kerala ştatında leysan yağışları 42 nəfərin həyatına son qoyub.

"Report" xəbər verir ki, bubarədə yerli ANİ informasiya agentliyi məlumat yayıb. 

Bildirilir ki, daşqından zərər çəkmiş bölgələrdə yaşayan 100 mindən çox insan təxliyə edilib. 


07:16

Hindistanın cənubundakı Kerala əyalətində musson qurbanlarının sayı 35 nəfərə çatdı.

"Report" xəbər verir ki, bu barədə İndia Today məlumat yayıb.

Daha əvvəl 17 nəfərin öldüyü və 22 min vətəndaşın evakuasiya edildiyi bildirildi.

Nəşrin məlumatına görə, bu dəfə 27 nəfər yaralanıb, 7 nəfərin itkin düşüb. Bundan əlavə, 40 nəfər böyük torpaq sürüşməsi nəticəsində yaranan dağıntıların altına düşə bilər.

Coçin beynəlxalq hava limanının uçuşları bazar gününə qədər təxirə salınıb. Leysan yağışlar səbəbindən əyalətdə 19 qatarın reysi ləğv edilib. 

Hindistan Meteorologiya Departamenti leysan yağışların avqustun 14-dək davam edəcəyini açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi