Hindistanda zavodda partlayış baş verib: ölənlər və yaralananlar var

Hindistanda zavodda partlayış baş verib: ölənlər və yaralananlar var Partlayış nəticəsində 20 nəfər ölüb, daha 10 nəfər xəsarət alıb
Digər ölkələr
8 İyun , 2017 02:34
Hindistanda zavodda partlayış baş verib: ölənlər və yaralananlar var
Courtesy İmage

Bakı. 8 iyun. REPORT.AZ/ Hindistanda fişəng istehsal edən zavodda güclü partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə "Agency France Presse" yerli məmura istinadən məlumat yayıb.

Agentliyin xəbərinə görə, hadisə Madya-Pradeş ştatında, Balaqhat rayonunda qeydə alınıb. Partlayış nəticəsində 20 nəfər ölüb, daha 10 nəfər xəsarət alıb.

Yanğınsöndürənlər zavoddakı yanğını 2 saata söndürüblər. Hadisə yerində 20 yanmış cəsəd aşkarlanıb.

İlkin məlumata görə, hadisəyə işçilərdən birinin ehtiyatsızlıq edərək papiros çəkməsi olub.

Son xəbərlər

Orphus sistemi