​Hindistanda yol qəzasında 17 nəfər ölüb

​Hindistanda yol qəzasında 17 nəfər ölüb Ölənlərin 12-si qadın, 5 nəfəri isə uşaqdır
Digər ölkələr
14 İyun , 2015 01:50
​Hindistanda yol qəzasında 17 nəfər ölüb

Bakı. 14 İyun. REPORT.AZ/ Hindistanın Uttar-Pradeş ştatında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 17 nəfər ölüb, daha 30 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli "The İndian Express" qəzeti öz internet səhifəsində yazıb.

Qəza Xarçandpur kəndi yaxınlığında qeydə alınıb. Yük maşını qoşqusunda zəvvarların olduğu iki traktoru taranlayıb. Ölənlərin 12-si qadın, 5 nəfəri isə uşaqdır. Bütün zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, onların bəzilərinin vəziyyəti ağırdır.

İlkin məlumatlara görə, qəzaya yük avtomobili sürücüsünün sürət həddini aşması səbəb olub.

Son xəbərlər

Orphus sistemi