Yuxarı

Hindistanda yanan binada xeyli adam qalıb

Hindistanda yanan binada xeyli adam qalıb

Hindistanın Mumbay şəhərində MTNL dövlət telekom şirkətinə məxsus doqquzmərtəbəli binada yanğın olub, 70-dək insan köməksiz qalıb.

”Report” NDTV-yə istinadən xəbər verir ki, hadisə yerinə azı 14 yanğınsöndürmə briqadası cəlb olunub.

ANİ xəbər verir ki, 60 nəfər artıq xilas edilib. Hələlik zərərçəkənlərin olması barədə məlumat yoxdur. Hadisənin səbəbləri bəlli olmasa da, şahidlər yanğından əvvəl alışan naqillər gördüklərini bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi