Hindistanda silahlılar təhlükəsizlik qüvvələrinə hücum edib: 8 ölü, 5 yaralı

Hindistanda silahlılar təhlükəsizlik qüvvələrinə hücum edib: 8 ölü, 5 yaralı Toqquşma zamanı iki silahlı zərərsizləşdirilib
Digər ölkələr
27 Avqust , 2017 02:30
Hindistanda silahlılar təhlükəsizlik qüvvələrinə hücum edib: 8 ölü, 5 yaralı

Bakı. 27 avqust. REPORT.AZ/ Hindistanın şimalındakı Cammu və Kaşmir ştatlarında silahlı şəxslərin təhlükəsizlik qüvvələrinə hücumu nəticəsində 8 nəfər həlak olub, daha 5 nəfər xəsarət alıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "India Today" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, silahı şəxslər qumbaralarla və atıcı silahlarla Kaşmirin cənubundakı Pulvama dairəsində mühafizə postuna hücum ediblər. Silahlı toqquşma zamanı iki silahlı zərərsizləşdirilib. Qeyd olunur ki, atışma hələ də davam edir.

Qəzet xəbər verib ki, hazırda sakinlər yaxın ərazilərə təxliyyə edilirlər.

Son xəbərlər

Orphus sistemi