Hindistanda sərnişin qatarı relsdən çıxıb, 18 nəfər yaralanıb

Hindistanda sərnişin qatarı relsdən çıxıb, 18 nəfər yaralanıb Onlardan 6 nəfərin vəziyyəti ağırdır
Digər ölkələr
30 Mart , 2017 06:34
Hindistanda sərnişin qatarı relsdən çıxıb, 18 nəfər yaralanıb

Bakı. 30 mart. REPORT.AZ/ Cümə axşamına keçən gecə Hindistanın Uttar-Pradeş ştatında sərnişin qatarı relsdən çıxıb və nəticədə 18 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Bildirilir ki, insident yerli vaxtla 2.00-da ştatın paytaxtı Lakxnaudan 270 km. aralıda qeydə alınıb.

Yaralılardan 6 nəfərin vəziyyəti ağırdır.

Hadisəyə nəyin səbəb olduğu hələ məlum deyil. Hazırda insident araşdırılır.

Son xəbərlər

Orphus sistemi