Yuxarı

Hindistanda sərnişin avtobusu dərəyə yuvarlanıb, ölənlər və yaralananlar var - FOTO

Hindistanda sərnişin avtobusu dərəyə yuvarlanıb, ölənlər və yaralananlar var - FOTO

Bakı. 18 noyabr. REPORT.AZ/ Hindistanın şimalında sərnişin avtobusu 50 metrlik dərinliyə malik dərəyə yuvarlanıb.

"Report" xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Uttarakhand ştatında baş verib. Qəza zamanı avtobusda 20-dən çox sərnişin olub. Onlardan 12-i ölüb, daha bir neçə nəfər xəsarət alıb.

Məlumata görə, hadisəyə sürücünün nəqliyyat vasitəsinə idarə etməsi səbəb olub.

Daha əvvəl qəzada 2 nəfərin öldüyü, 14 nəfərin yaralandığı bildirilirdi.

Hazırda xilasetmə əməliyyatı davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi