Bakı. 13 may. REPORT.AZ/ Hindistanın şimal rayonlarında bazar günü müşahidə olunan leysan yağışlar və qum fırtınası nəticəsində azı 30 nəfər ölüb, daha bir neçə on nəfər yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Times of India" qəzeti yazıb.
Bildirilir ki, ölüm halları Uttar-Pradeş, Andxra-Pradeş, Qərbi Benqal ştatları və Dehlinin paytaxt dairəsində qeydə alınıb. Həmçinin bir neçə şəxs ildırım vurması nəticəsində ölüb.
Güclü külək ağacları aşırdıb, reklm lövhələrini və evlərin şiferlərini qopardıb.