Yuxarı

Hindistanda qayıq aşıb, ölənlər var

Hindistanda qayıq aşıb, ölənlər var

Bakı. 3 yanvar. REPORT.AZ/ Hindistanda qayığın aşması nəticəsində 8-i uşaq olmaqla 10 nəfər çayda boğulub.

“Report” “TheHindu.com”a istinadən xəbər verir ki, hadisə Odisha ştatının ərazisində - Mahanadi çayında baş verib.

Hadisəyə 20 nəfərlik qayığa qadın və uşaqlardan ibarət 55 nəfərin minməsi səbəb olub. Qayıqdakılar Hukitola adasından istirahətdən qayıdırlarmış.

“Odisha ştatının Meşə Departamentinin, Fəlakətlərə Qarşı Çevik Qüvvələrin əməkdaşlarının polis və yerli sakinlərlə birgə keçirdikləri xilasetmə əməliyyatı zamanı ölənlərin meyitləri sudan çıxarılıb”, - Kendrapara dairəsinin bələdiyyə başçısı Dasarati Satpati bildirib.

Odisha ştatının Baş naziri Nəvin Patnaik hadisə ilə bağlı başsağlığı verərək ölənlərin ailələrinə 6 min dollaradək yardım ayıracaqlarını, xəsarət alanların isə pulsuz müalicə olunacağını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi