Hindistanda qatarın qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Hindistanda qatarın qəzaya uğraması nəticəsində 3 nəfər ölüb Hadisə zamanı daha 9 nəfər yaralanıb
Digər ölkələr
24 Noyabr , 2017 08:21
Hindistanda qatarın qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Bakı. 24 noyabr. REPORT.AZ/ Hindistanın Uttar-Pradeş ştatında qatarın relsdən çıxması nəticəsində ən azı 3 nəfər həyatını itirib.

"Report" "The Indian Express"ə istinadən xəbər verir ki, qəza zamanı daha 9 nəfər xəsarət alıb.

Nəşr yazır ki, qatar Patna şəhəri istiqamətində hərəkətdə olub. İnsident nəticəsində qatarın 13 vaqonu relsdən çıxıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi