Hindistanda qatarın yük avtomobili ilə toqquşması nəticəsində xəsarət alanların sayı 74 nəfərə çatıb - YENİLƏNİB

Hindistanda qatarın yük avtomobili ilə toqquşması nəticəsində xəsarət alanların sayı 74 nəfərə çatıb - YENİLƏNİB Onlardan 4-ü ağır vəziyyətdədir
Digər ölkələr
23 Avqust , 2017 06:28
Hindistanda qatarın yük avtomobili ilə toqquşması nəticəsində xəsarət alanların sayı 74 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 23 avqust. REPORT.AZ/ Hindistanda "Kaifiyat Express" sürət qatarının yük avtomobili ilə toqquşması nəticəsində xəsarət alanların sayı 74 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "ANİ" agentliyi xəbər verib. 

Bildirilir ki, onlardan 4-ü ağır vəziyyətdədir. Hadisə zamanı ölənlərin olub-olmaması barədə məlumat verilmir. 

Sürət qatarının yük avtomobili ilə toqquşması nəticəsində 8 vaqon relsdən çıxıb. Onlardan biri aşıb. 


***04:22

Hindistanda "Kaifiyat Express" sürət qatarı yük avtomobili ilə toqquşaraq relsdən çıxıb.

"Report"un məlumatına görə, bu barədə "ANİ" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə ölkənin şimalında, Uttar-Pradeş ştatında olub. Qəza nəticəsində 40-dan çox sərnişin xəsarət alıb.

Yerli hakimiyyət orqanları yaralıların sayını təsdiqləyiblər. Ölənlər barədə məlumat daxil olmayıb.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi