Yuxarı

Hindistanda polis həmkarlarını atəşə tutub, ölənlər var

Hindistanda polis həmkarlarını atəşə tutub, ölənlər var

Hindistanın orta bölgəsindəki Çattisqarh ştatının Narayanpur dairəsində Hindistan – Tibet Sərhəd Polis Gücü (İTBP) düşərgəsində polis nəfərinin qəflətən həmkarlarına xidməti silahından atəş açması nəticəsində 6 nəfər ölüb, 2 nəfər də yaralanıb.

“Report” NDTV-yə istinadən xəbər verir ki, ştat mərkəzi Raipur şəhərinin 350 kilometrliyində baş verən hadisə zamanı polis baş müfəttişinin bildirdiyinə görə, 5 həmkarını öldürən konstebl Məsudul Rəhman daha sonra özünü güllələyib.

Hadisənin səbəbləri araşdırılır. İlkin ehtimala görə, atəş açan polis ona məzuniyyət verilmədiyi üçün əsəbiləşibmiş.

Yaralananlar Raipurdakı xəstəxanaya yerləşdiriliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi