Hindistanda ötən həftə 43 üsyançı öldürülüb

Hindistanda ötən həftə 43 üsyançı öldürülüb Bakı. 27 aprel. REPORT.AZ/ Son bir həftə ərzində Hindistan təhlükəsizlik qüvvələrinin keçirdiyi ikinci böyük əməliyyat nəticəsində 7 maoist-üsyançı öldürülüb.
Digər ölkələr
27 Aprel , 2018 16:51
Hindistanda ötən həftə 43 üsyançı öldürülüb

Bakı. 27 aprel. REPORT.AZ/ Son bir həftə ərzində Hindistan təhlükəsizlik qüvvələrinin keçirdiyi ikinci böyük əməliyyat nəticəsində 7 maoist-üsyançı öldürülüb.

"Report" "Fox.news''a istinadən xəbər verir ki, polislər Hindistanın Çxattisqarş ştatında gizlənən üsyançıların üzərinə hücum ediblər. Silahlı insident zamanı 7 üsyançı öldürülüb. Təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında zərərçəkənlərin olub-olmaması ilə bağlı hələ məlumat yoxdur.

Ötən həftə Maxaraştra vilayətinin qərbində hökumət qüvvələri və üsyançılar arasında baş verən silahlı döyüşlər nəticəsində isə 37 maoist-üsyançı öldürülüb.

Qeyd edək ki, maoist-üsyançılar 40 ildir Hindistan hökumətinə qarşı mübarizə aparırlar, onlar yoxsullar üçün torpaq və iş yerləri tələb edirlər.

Son xəbərlər

Orphus sistemi