Hindistan nüvə yükü daşıya bilən "Aqni-4" ballistik raketini sınaqdan keçirib

Hindistan nüvə yükü daşıya bilən "Aqni-4" ballistik raketini sınaqdan keçirib Bakı. 23 dekabr. REPORT.AZ/ Hindistan bazar günü nüvə yükü daşıya bilən Aqni-4 ballistik raketini sınaqdan keçirib.
Digər ölkələr
23 Dekabr , 2018 14:53
Hindistan nüvə yükü daşıya bilən Aqni-4 ballistik raketini sınaqdan keçirib

Bakı. 23 dekabr. REPORT.AZ/ Hindistan bazar günü nüvə yükü daşıya bilən "Aqni-4" ballistik raketini sınaqdan keçirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Araşdırmaları və İşləmələri Təşkilatının (DRDO) məlumatında deyilir.

Bildirilir ki, sınaq səhər tezdən Oriss ştatının şərq sahilində, Benqal körfəzində yerləşən adadakı Əbdül Kəlam poliqonunda baş tutub. Bu sınaq sayca 7-ci olub.

"Bu yeni raketdə etibarlılıq və dəqiqlik səviyyəsini təmin edən müasir və kompakt radioelektron avadanlıq quraşdırılıb", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi