Yuxarı

Hindistanda leysan yağışları böyük tələfata səbəb olub

Hindistanda leysan yağışları böyük tələfata səbəb olub
© AFP

Hindistanın cənubundakı Kerala ştatında yağan leysan yağışları nəticəsində dünəndən etibarən 14 nəfər ölüb, 22 mindən çox əhali də təxliyyə olunaraq 315 düşərgəyə yerləşdirilib.

“Report” “İndia Today”a istinadən xəbər verir ki, ştatın baş naziri Pinarayi Vicayan hərbçilərə və Milli Təbii Fəlakətlərə Cavab Qüvvələrinə yardım üçün müraciət edib. Meppadi şəhərində baş verən torpaq sürüşməsi nəticəsində 2 minədək sakin təhlükəli vəziyyətdə qalıb.

Hindistan Meteorologiya Departamenti leysan yağışların avqustun 14-dək davam edəcəyini açıqlayıb. Ştatın 4 dairəsində qırmızı təhlükə səviyyəsi elan olunub. Ştatın paytaxtı Kollamdan başqa daha 12 dairə təbii fəlakətdən zərər çəkib.

Qeyd olunur ki, ştatın Koçin şəhərində yerləşən ən böyük beynəlxalq hava limanı su altında qaldığından şənbə günündən fəaliyyət göstərmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi