Hindistanda koronavirusa yoluxanların sayı 3 000-ə çatır

Hindistanda koronavirusa yoluxanların sayı 3 000-ə çatır Hindistanda daha 601 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.
Digər ölkələr
4 Aprel , 2020 12:04
Hindistanda koronavirusa yoluxanların sayı 3 000-ə çatır

Hindistanda daha 601 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə qeydə alınmış koronavirus hallarının sayı 2 902-yə yüksəlib.

Hindistanda sağalanların sayı 183 olsa da, ölənlərin sayı 68 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 118 000-i ötüb. Bunların 229 280 nəfəri sağalıb, 59 226 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi