Hindistanda güclü leysan yağışlarından 30 nəfər ölüb

Hindistanda güclü leysan yağışlarından 30 nəfər ölüb Hindistanın şərqindəki Bihar ştatında güclü leysan yağışları zamanı son sutka ərzində azı 30 nəfər ölüb, onlarla insan xəsarət alıb.
Digər ölkələr
27 İyun , 2019 12:56
Hindistanda güclü leysan yağışlarından 30 nəfər ölüb
AFP

Hindistanın şərqindəki Bihar ştatında güclü leysan yağışları zamanı son sutka ərzində azı 30 nəfər ölüb, onlarla insan xəsarət alıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Bölgədə tüğyan edən əlverişsiz hava şəraiti Hindistanda ənənəvi olaraq iyunun sonlarından sentyabr ayına qədər davam edən musson yağışları mövsümünün başlanğıcının göstəricisidir. Bundan əvvəl Biharda uzun müddət anomal istilik müşahidə olunub və son həftələrdə onlarla insan bu səbəbdən ölüb.

Ştat rəhbərliyi ölənlərin hər birinin ailəsinə, təxminən, 6 min dollar məbləğində təzminat ödənilməsinə dair göstəriş verib.

Son xəbərlər

Orphus sistemi