Yuxarı

Hindistanda fil 5 nəfəri tapdalayaraq öldürüb

​Hindistanda fil 5 nəfəri tapdalayaraq öldürüb

Hindistanın Orissa ştatının iki kəndində filin hücumu nəticəsində 5 nəfər həyatını itirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Hindu" nəşri yazıb.

Bildirilir ki, cümə gününə keçən gecə bir ailədən olan üç nəfər Sandxa kəndindəki evlərinin eyvanında yatarkən onlara fil hücum edib. Onların hamısı hadisə yerində keçinib. Bir müddət sonra həmin kənddə bir qadın da ölüb.

Nəşrin yazdığına görə, bir saatdan sonra qonşu Santapada kəndindən növbəti ölüm hadisəsi barədə xəbər gəlib.

Orissa Vəhşi Təbiəti Birliyinin sədri (WSO) bildirib ki, fil qəzəbli vəziyyətdə olub və daha çox insana hücum etmə ehtimalı var. O yerli hökuməti canlını tapmağa və növbəti hücumların qarşısını almağa çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi