Yuxarı

Hindistanda fabrikdə yanğın olub, 8 ölü, 25 yaralı var

Hindistanda fabrikdə yanğın olub, 8 ölü, 25 yaralı var
Hadisə yerində xilasetmə işləri davam edir

Bakı. 25 sentyabr. REPORT.AZ/ Hindistanda qeyri-leqal fəaliyyət göstərən pirotexniki vasitələr hazırlanan fabrikdə yanğın baş verib.  

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə sentyabrın 24-də Carxand vilayətinin Şərqi Sinqhbhum dairəsindəki Kumardubi yaşayış məntəqəsində evlərdən birində qeydə alınıb.

Yanğın nəticəsində yerli əhalinin qanunsuz şəkildə pirotexniki vasitələr istehsalını həyata keçirdiyi binanın bir hissəsi uçub.

Nəticədə azı 8 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

Hadisə yerində xilasetmə işləri davam edir, dağıntılar altında hələ də insanlar qala bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi