Hindistanda daşqınlar nəticəsində 85 nəfər ölüb

Hindistanda daşqınlar nəticəsində 85 nəfər ölüb Daha 1,5 min sakin təxliyyə edilib
Digər ölkələr
14 İyul , 2017 08:40
Hindistanda daşqınlar nəticəsində 85 nəfər ölüb

Bakı. 14 iyul. REPORT.AZ/ Hindistanın şimal-şərqində daşqınlar və torpaq sürüşməsi nəticəsində ən azı 85 nəfər həlak olub, daha 1,5 min sakin təxliyyə edilib.

"Report" xəbər verir ki, bu barədə ölkənin şimal-şərq regionunun inkişafı üzrə nazir Citendra Sinqh məlumat verib.

Nazir qeyd edib ki, təbii fəlakət 58 rayona zərbə endirib, aramsız leysan nəticəsində təxminən 2 milyon adam evsiz qalıb.

Son xəbərlər

Orphus sistemi