Hindistanda daşqın zonasında 5 milyondan çox insan qalıb

Hindistanda daşqın zonasında 5 milyondan çox insan qalıb Hindistanın şimal-şərqində yerləşən Assam ştatında 5 milyon insan güclü daşqın zonasında qalıb.
Digər ölkələr
17 İyul , 2019 08:34
Hindistanda daşqın zonasında 5 milyondan çox insan qalıb

Hindistanın şimal-şərqində yerləşən Assam ştatında 5 milyon insan güclü daşqın zonasında qalıb.

“Report” NDTV telekanalına istinadən xəbər verir ki, daşqınlar artıq bir həftədir davam edən və sinoptiklərin proqnozlarına görə, hələ daha iki gün davam edəcək güclü musson yağışları nəticəsində əmələ gəlib.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində 11 nəfər həyatını itirib.

17 min insan hazırda qaçqınlar üçün nəzərdə tutulmuş müvəqqəti düşərgələrə yerləşdirilib. Daşqınlar ştatın 33 dairəsindən 22-ni əhatə edib. Üç min kənd və 87 min hektar kənd təsərrüfatı sahəsi su altında qalıb.

Təbii fəlakət həmçinin körpü və yollara ziyan vurub. Su birbuynuzlu kərkədanların yaşadığı məşhur Kaziranqa qoruğunu qismən batırıb.

Son xəbərlər

Orphus sistemi