Yuxarı

Hindistanda "Bülbül" siklonu 10 nəfərin həyatına son qoyub

​Hindistanda "Bülbül" siklonu 10 nəfərin həyatına son qoyub

Hindistan yarımadasının şimal-şərq sahilində baş verən "Bülbül" siklonu nəticəsində azı 10 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bazar günü Qərbi Benqal və Odişa ştatlarında siklondan 450 mindən çox insan zərər çəkib.

Külək nəticəsində, təxminən, 60 min evə ziyan dəyib, 8 balıqçının itkin düşdüyü bildirilir. Hazırda siklon tədricən gücünü itirərək şərqə doğru irəliləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi