Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün Hindistanın Maharaştra ştatında üçmərtəbəli binanın uçması nəticəsində ən azı 5 nəfər ölüb, onlarla insanın dağıntılar altında qalma ehtimalı var.
"Report" xəbər verir ki, insident bazar günü səhər, Mumbayın 20 km. şimal-şərqində yerləşən Bxivandi şəhərində baş verib.
Yerli mətbuatın məlumatına görə, binada 8 ailə yaşayıb, ən azı 30 nəfərin dağıntılar altında qalma ehtimalı var. Hazırda xilasetmə işləri görülür.
Binanın qəzalı vəziyyətdə olduğu, yerli hakimiyyət orqanlarının onu yaşayış üçün təhlükəli hesab etdikləri qeyd olunur.