​Hindistanda baş vermiş yol qəzası nəticəsində 15 nəfər ölüb

​Hindistanda baş vermiş yol qəzası nəticəsində 15 nəfər ölüb Ölənlərdən 7-nin uşaq olduğu bildirilir
Digər ölkələr
15 May , 2016 09:54
​Hindistanda baş vermiş yol qəzası nəticəsində 15 nəfər ölüb

Bakı. 15 May. REPORT.AZ/ Hindistanın cənubundakı Telanqan ştatında yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 15 nəfər həyatını itirib. "Report"un məlumatına görə, bu haqda ştat polisi məlumat yayıb.

Məlumata görə, hadisə Bhayns şəhərində baş verib. 

Ölənlərdən 7-nin uşaq olduğu bildirilir. Qəza zamanı daha 3 nəfər xəsarət alıb.

Yük avtomobilinin sürücüsü qəza yerindən qaçaraq gizlənib. Polis onun axtarışına başlayıb. 

Son xəbərlər

Orphus sistemi