Yuxarı

Hindistanda baş vermiş qar uçqununda ölənlərin sayı 17 nəfərə çatıb

Hindistanda baş vermiş qar uçqununda ölənlərin sayı 17 nəfərə çatıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Hindistanın şimalındakı Kupvara-Tandxar avtomobil yolunda baş vermiş qar uçqununda azı 17 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cammu və Kaşmir ştatlarının polisi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, cümə günü axşam avtomobil yoluna 500 metr yuxarı hündürlükdən uçmuş iri həcmli qar kütləsi və daşların altında təxminən 30 insan qalıb. Xilasetmə işlərinin ikinci gününün gedişatında 17 cəsəd aşkar edilib. Onlar arasında biryaşlı uşaq da var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi