Yuxarı

Hindistanda avtobusun aşması nəticəsində 27 nəfər ölüb

Hindistanda avtobusun aşması nəticəsində 27 nəfər ölüb
© getty

Bakı. 3 may. REPORT.AZ/ Hindistanda avtobusun aşması nəticəsində ən azı 27 nəfər ölüb.

"Report"un "Qazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə "The Times of India" məlumat yayıb.

Avtobus Muzaffarpur şəhərindən Nyu-Dehliyə gedirmiş. Qəza nəticəsində avtobus yanmağa başlayıb.

"Nəqliyyat vasitəsi yoldan kənara çıxıb, daha sonra aşıb və yanıb", - polis nümayəndəsi Vicay Sinxa deyib.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi