Yuxarı

Hindistanda avtobus qəzaya uğrayıb: 7 nəfər ölüb, 50 nəfər yaralanıb

© Muzamil Mattoo/ globallookpress.com

Bakı. 1 sentyabr. REPORT.AZ/ Hindistanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" RT-yə istinadən xəbər verir ki, hadisə ölkənin cənubundakı Salem şəhərində qeydə alınıb.

Belə ki, özəl avtobus Salemdən Dharmapuriyə gedərkən yolda əvvəlcə yük maşınına, daha sonra digər avtobusa çırpılıb. Qəza nəticəsində 7 nəfər ölüb, 50 nəfər yaralanıb. 

Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi