Hindistanda avtobus körpüdən aşıb, azı 14 nəfər ölüb

Hindistanda avtobus körpüdən aşıb, azı 14 nəfər ölüb Bir neçə nəfərin xəsarət aldığı bildirilir
Digər ölkələr
17 Mart , 2018 22:10
Hindistanda avtobus körpüdən aşıb, azı 14 nəfər ölüb

Bakı. 17 mart. REPORT.AZ/ Hindistanın Bihar ştatında avtobusun körpüdən aşması nəticəsində azı 14 nəfər ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Times of India" qəzeti yazıb.

Həmçinin bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Aurai yaşayış məntəqəsindən Sitamarxi şəhərinə gedən avtobus suyu qurumuş kanalın üzərindəki körpünün maneəsinə çırpılaraq, oradan tavanı üstə yerə düşüb.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi