Yuxarı

Hindistanda avtobus dərəyə düşüb, ölənlər və xəsarət alanlar var

Hindistanda avtobus dərəyə düşüb, ölənlər və xəsarət alanlar var
Ssürücü sükan arxsasında yatıb və idarəetməni itirib

Bakı. 7 yanvar. REPORT.AZ/ Hindistanın şimalında avtobusun dərəyə aşması nəticəsində 7 nəfər ölüb, 26 nəfər ağır xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cammu və Kaşmir ştatının polisi məlumat verib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının məlumatına görə, hadisə Ramnaqar şəhərindən 3 km məsafədə, dağlıq yolun çətin sayılan ərazisində baş verib. Avtobusun sərnişinləri yerli məbədlərin birini ziyarət etmək istəyirmiş.

İstintaqın qənaətinə görə, sürücü sükan arxasında yuxulayıb və bu səbəbdən də nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə mikroavtobus 120 metr hündürlükdən dərəyə yuvarlanıb. 

Hadisə zamanı dörd nəfər qəzanın baş verdiyi  yerdə, iki nəfər xəstəxanaya aparılarkən yolda, daha bir nəfər isə xəstəxanada həyatını itirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi