Bakı. 19 aprel. REPORT.AZ/ Son iki həftə ərzində Hindistanın cənubunda anomal istilər səbəbilə azı 200 nəfər həyatını itirib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan Səhiyyə Nazirliyindən məlumat verilib.
Anomal istilikdən Telanqana və Andhra Pradeş kimi ştatlarda yaşayanlar əziyyət çəkir. Ən böyük itki ölənlərin sayının 100 nəfəri keçdiyi Telanqana ştatında qeydə alınıb.