Bakı. 17 iyun. REPORT.AZ/ Hindistanda yük avtomobilinin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "India Today" məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə Andxra-Pradeş ştatında baş verib. Yük avtomobili dərəyə yuvarlanıb. Nəticədə daha 22 nəfər yaralanıb.
Polis hadisənin başvermə şəraitini araşdırır.