Yuxarı

Hindistanda ağır yol qəzası baş verib, 19 ölü, 7 yaralı

Hindistanda ağır yol qəzası baş verib, 19 ölü, 7 yaralı

Bakı. 19 may. REPORT.AZ/ Hindistanda ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə "ANI" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimal-qərbində, Qudcarat ştatında qeydə alınıb. Belə ki, sərnişinlərin və sement kisələrinin olduğu yük avtomobili Bxavnaqar rayonunun Bavayali kəndində aşıb. Nəticədə azı 19 nəfər həlak olub, daha 7 nəfər xəsarət alıb.

Hadisənin başvermə səbəbləri açıqlanmır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi