Yuxarı

Hindistanda 9 nəfər Nipah virusuna yoluxaraq ölüb

Təqribən 10 nəfər ölüb, 25 nəfər xəstəxanaya yerləşdirilib

Bakı. 22 may. REPORT.AZ/ Hindistanın cənub-qərbindəki Kerala ştatında 9 nəfər Nipah virusuna yoluxaraq ölüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə yerli hökumət orqanları bildirib.

Analizlər 3 nəfərin virusa yoluxduğunu təsdiqləyib, digər 6 ölənin qan nümunələri isə hələ yoxlanılır.

Hindistanın Kojikode şəhərində isə bu infeksiyanın əlamətləri ilə 25 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Nipah virusu (NIV) ən təhlükəli 10 yoluxucu xəstəliklərin siyahısına başçılıq edir. Ümumdünya Səhiyyə Təşkilatına son dərəcə narahatlıq verən bu həddən artıq təhlükəli virusa qarşı peyvənd yoxdur, yoluxan xəstələrin 70%-i ölür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi