Hindistanda 50-ə yaxın mədən fəhləsi uçmuş şaxtanın içində qalıb

Hindistanda 50-ə yaxın mədən fəhləsi uçmuş şaxtanın içində qalıb Hadisə gecəyarı Carkxand ştatındakı Qodda dairəsində, Lalmati kömür mədənində baş verib
Digər ölkələr
30 Dekabr , 2016 08:10
Hindistanda 50-ə yaxın mədən fəhləsi uçmuş şaxtanın içində qalıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Hindistanın şərqində onlarla mədən fəhləsi uçmuş şaxtanın içində qalıb.

"Report" xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri bildirir.

Məlumata görə, hadisə gecəyarı Carkxand ştatındakı Qodda dairəsində, Lalmati kömür mədənində baş verib. Nəticədə 50-ə qədər mədən fəhləsi şaxtanın içində qalıb.

Xilasetmə işlərinə bu gün səhər başlanılıb. Hadisə yerinə Fövqəladə Vəziyyətlər üzrə Milli İdarənin və Sənaye Təhlükəsizliyi Mərkəzinin əməkdaşları cəlb edilib.

Son xəbərlər

Orphus sistemi