Bakı. 27 May. REPORT.AZ/ Hindistanın cənubunda 50 dərəcəyə çatan istilər səbəbindən artıq 1118 nəfər dünyasını dəyişib.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, anomal isti hava səbəbindən ən çox ölüm halları ölkənin cənubundaki Telanqana və Andxra-Pradeş ştatlarında qeydə alınıb.
İsti havanın təsirli altında şəhərlərdə qır yollar əriyib, xalq sərinləmək üçün parklardaki hovuzlara girir. Günəş yanmasından şikayətçi olan vətəndaşların xəstəxanalara müraciəti artıb.
Sinoptiklər anomal istilərin iki gün davam edəcəyini qeyd edir.