​Hindistanda 4 silahlı qadın-maoçu zərərsizləşdirilib

​Hindistanda 4 silahlı qadın-maoçu zərərsizləşdirilib Ölkə Xarici İşlər Nazirliyinin məlumatına əsasən, son 10 ildə ölkədəki maoçular azı 40 min silahlıya təlim keçib
Digər ölkələr
23 Noyabr , 2015 11:27
​Hindistanda 4 silahlı qadın-maoçu zərərsizləşdirilib

Bakı. 23 noyabr. REPORT.AZ/ Hindistanın Çhattisqarh əyalətində hökumət qüvvələri ilə silahlı qruplaşma arasında baş verən atışma nəticəsində 4 qadın-maoçu öldürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda əyalətin polis idarəsi məlumat yayıb.

Məlumata görə, qrupun lideri atışma zamanı yaralanıb.

"Silahlı qruplaşmanın zərərsizləşdirilməsi məqsədi ilə maoçuların nəzarəti altında olan Sukma dairəsində xüsusi təyinatlılarla asayiş keşikçiləri birgə əməliyyat keçirib", - məlumatda vurğulanıb.

Qeyd edək ki, maoçuları Hindistanda naksalitlər də adlandırırlar. Onlar Bihar, Çhattisqarx, Carkxand, Orissa və Maharaştr ştatlarındakı cəngəlliklərində gizlənirlər.

Hindistan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, son 10 ildə ölkədəki maoçular azı 40 min silahlıya təlim keçib.

Son xəbərlər

Orphus sistemi