Yuxarı

Hindistanda 170-ə yaxın insan isti havanın qurbanı olub

Hindistanda 170-ə yaxın insan isti havanın qurbanı olub
Son günlər Telanqanda termometrlərin göstəriciləri 40 dərəcədən aşağı düşməyib
© Ria.ru

Bakı. 20 may. REPORT.AZ/ Cair il aprelindən 1-dən havaların isti keçməsi səbəbindən Hindistanın Telanqan ştatında azı 167 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, son günlər Telanqanda termometrlərin göstəriciləri 40 dərəcədən aşağı düşməyib.

İlin mart-may ayları Hindistanda isti keçir. 2016-cı ildə 700-ə yaxın sakin havaların isti keçməsi nəticəsində ölüb. Məlumata görə, daha çox Telanqan və Andxra-Pradeş ştatlarının sakinləri isti havaların qurbanı olur.

2015-ci ildə havaların isti keçməsi nəticəsində 600-ə yaxını Telanqan sakini olmaqla 2, 3 min nəfər həyatını itirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi