Hindistanda 16 nəfər leysan yağışların qurbanı olub

Hindistanda 16 nəfər leysan yağışların qurbanı olub Bakı. 2 sentyabr. REPORT.AZ/ Son gün ərzində Hindistanın şimalındakı Uttar-Pradeş ştatında 16 nəfər leysan yağışların qurbanı olub, daha 12 nəfər ağır xəsarətlər alıb.
Digər ölkələr
2 Sentyabr , 2018 19:43
Hindistanda 16 nəfər leysan yağışların qurbanı olub

Bakı. 2 sentyabr. REPORT.AZ/ Son gün ərzində Hindistanın şimalındakı Uttar-Pradeş ştatında 16 nəfər leysan yağışların qurbanı olub, daha 12 nəfər ağır xəsarətlər alıb.

Bu barədə "Report" NDTV telekanalına istinadən xəbər verir.

Yerli hakimiyyət orqanlarına istinadən verilən məlumata görə, 6 nəfər ildırımın qurbanı olub, digərləri isə torpaq sürüşməsinin və kənddə ağacın evin damı üstünə aşması nəticəsində ölüblər.

Regionda təbii hadisə nəticəsində ümumilikdə 460-dan çox ev zərər çəkib. Hindistanda musson yağışlar iyundan sentyabrın ortalarına qədər davam edir.

Rəsmi məlumata görə, bu il 1000-dən çox insan leysan yağışların qurbanı olub.

Son xəbərlər

Orphus sistemi