Hindistanda 13 nəfər ildırım vurması nəticəsində ölüb

Hindistanda 13 nəfər ildırım vurması nəticəsində ölüb 25-dən artıq insan yaralanıb
Digər ölkələr
1 May , 2018 08:34
Hindistanda 13 nəfər ildırım vurması nəticəsində ölüb

Bakı. 1 may. REPORT.AZ/ Aprelin 30-na keçən gecə Hindistanda Qərbi Benqal bölgəsinin müxtəlif rayonlarında ildırım vurması nəticəsində azı 13 nəfər ölüb, 25-dən artıq insan xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə yerli Təbii Fəlakətlərlə Mübarizə Dövlət İdarəsinin yüksəkvəzifəli nümayəndəsinə istinadən "Hindustan Times" məlumat yayıb.

"Onların əksəriyyəti evdə olmayıblar və ildırım vuran zaman öz sahələrində işləyiblər", - deyə o bildirib.

İki nəfərin ağır vəziyyətdə olduğu qeyd edilir.

Son xəbərlər

Orphus sistemi