Yuxarı

Hindistanda 12 yaşdan kiçik uşaqlara təcavüz edən şəxslər edam oluna bilər

Hindistanda 12 yaşdan kiçik uşaqlara təcavüz edən şəxslər edam oluna bilər
Sənəd qanuniləşməsi üçün 6 ay içərisində ölkə parlamentində qəbul edilməlidir

Bakı. 21 aprel. REPORT.AZ/ Hindistanda 12 yaşdan kiçik uşaqlara təcavüz edən şəxslər edam oluna bilər. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bununla bağlı Hindistan Nazirlər Kabinetinin ölkənin baş naziri Narendra Modinin rəhbərliyi altında keçirilən iclasında qərar qəbul olunub. 

Hindistan prezidenti Ram Nath Kovində göndərilən sənəd qanuniləşməsi üçün 6 ay içərisində ölkə parlamentində qəbul edilməlidir. 

Qeyd edək ki, Hindistan qanunlarına əsasən, yetkinlik yaşına çatmayan uşaqlarla cinsi əlaqəyə görə ömürlük azadlıqdan məhrumetmə cəzası kəsilir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi