Yuxarı

Hindistanda 11 nəfər koronavirus şübhəsi ilə karantinə yerləşdirilib

Hindistanda 11 nəfər koronavirus şübhəsi ilə karantinə yerləşdirilib
© Business Insider

Hindistanda Çindən qayıtmış 11 nəfər koronavirus şübhəsi ilə karantinə yerləşdirilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu addımın ehtiyat tədbiri olaraq atıldığı bildirilərək onlara koronavirus diaqnozunun qoyulduğu barədə məlumat verilmir.

Xatırladaq ki, Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirusa yoluxanların sayı 1300-ü ötüb, ölənlərin sayı isə 41 nəfərə çatıb. Yoluxma halları həmçinin Sinqapur, Cənubi Koreya, Tailand, Yaponiya və ABŞ-da qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun yayılması ilə əlaqədar təcili iclas keçirib və bütün ölkələrə hazır olmağı tövsiyə edib.

Alparslan Öztürk

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi