Yuxarı

Hindistan və Pakistan tranzit uçuşlar üçün sərhədyanı hava məkanını bağlayıb

​Hindistan və Pakistan tranzit uçuşlar üçün hava məkanını bağlayıb
Hindistan və Pakistanın sərhədyanı bölgələri üzərindəki hava məkanı beynəlxalq tranzit uçuşlar üçün bağlanıb
© India Today

Bakı. 27 fevral. REPORT.AZ/ Hindistan və Pakistanın sərhədyanı bölgələri üzərindəki hava məkanı beynəlxalq tranzit uçuşlar üçün bağlanıb.

Bu barədə "Report" Hindistan KİV-inə istinadən məlumat verir.

Hazırda beynəlxalq uçuşlar həyata keçirən təyyarələr üçün digər marşrutlar axtarılır.

Pakistan həmçinin İslamabad, Lahor, Multan, Feysəlabad, Sialkot hava limanlarına daxili və beynəlxalq uçuşları təcili olaraq dayandırıb. Öz növbəsində, Hindistan hökuməti Amritsar, Srinaqar, Cammu, Çandiqarh və Dehradun şəhərləri üzərində tranzit təyyarələr üçün hava məkanını bağlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi