Hindistan prezidentinin təyyarəsi texniki problemlər səbəbiylə Dehliyə dönüb

Hindistan prezidentinin təyyarəsi texniki problemlər səbəbiylə Dehliyə dönüb Konkret hansı nasazlıq olması barədə məlumat verilmir
Digər ölkələr
6 Dekabr , 2016 12:02
Hindistan prezidentinin təyyarəsi texniki problemlər səbəbiylə Dehliyə dönüb

Bakı. 6 dekabr. REPORT.AZ/ Göyərtəsində ölkə prezidenti Pranab Kumar Mukercinin olduğu Hindistan Hərbi Hava Qüvvələrinin təyyarəsi uçuş zamanı yaranmış texniki problemlər səbəbindən Dehliyə geri dönməli olub.

"Report" PTI agentliyinə istinadən xəbər verir ki, konkret hansı nasazlıq olması barədə məlumat verilmir.

Prezident Hindistanın Tamilnadu ştatının baş naziri Cayaram Cayalalitanın dünən ürəktutmasından vəfat etdiyi Çennaiyə uçurmuş.

Son xəbərlər

Orphus sistemi