Yuxarı

Hindistan-Pakistan sərhədində atışma olub, ölənlər var

​Hindistan-Pakistan sərhədində atışma olub, ölənlər var

Hindistan-Pakistan sərhədində növbəti atışma olub.

"Report" xəbər verir ki, bu barədə Pakistanın mətbu orqanı ISPR məlumat yayıb.

Qeyd edilir ki, Kəşmirin nəzarət xəttində baş verən atışmada Hindistanın 6 əsgəri öldürülüb. Atışmada həmçinin Pakistanın da 3 vətəndaşı həlak olub. Öldürülən pakistanlıların dinc sakinlər olduğu bildirilir. Məlumata görə, öldürülənlər arasında 7 yaşlı uşaq da var. 

Daha əvvəl də Kəşmirdə Pakistan və Hindistan arasındakı nəzarət xəttində atışma zamanı ən azı üç Pakistan əsgəri və Hindistan Hərbi Qüvvələrinin beş hərbçisi həlak olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi