Hindistan "Agni-4" ballistik raketini uğurla sınaqdan keçirib

Hindistan "Agni-4" ballistik raketini uğurla sınaqdan keçirib Raket 1 tona qədər nüvə başlığını 4 min km. daşımaq iqtidarındadır
Digər ölkələr
2 Yanvar , 2017 12:20
Hindistan Agni-4 ballistik raketini uğurla sınaqdan keçirib

Bakı. 2 yanvar. REPORT.AZ/ Hindistan ikipilləli "Agni-4" strateji raketini sınaqdan keçirib.

"Report" xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Tədqiqatları və İşləmələri Təşkilatının məlumatında bildirilir.

Raket 1 tona qədər nüvə başlığını 4 min km. məsafədə daşımaq iqtidarındadır.

"Yer-yer" sinifli orta məsafəli "Agni-4" raketi 20 metr uzunluğundadır. Onun çəkisi təqribən 17 tondur. Bu, artıq altıncı sınaqdır, onlardan biri uğursuz alınıb.

Son xəbərlər

Orphus sistemi