Hind okeanında 7,1 bal gücündə zəlzələ baş verib

Hind okeanında 7,1 bal gücündə zəlzələ baş verib Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib
Digər ölkələr
5 Dekabr , 2015 05:35
Hind okeanında 7,1 bal gücündə zəlzələ baş verib

Bakı. 5 dekabr. REPORT.AZ/ Hind okeanında 7,1 bal gücündə zəlzələ baş verib.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu haqda ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Avstraliyanın Herd adasından 1020 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı isə 10 km dərinlikdə qeydı alınıb.

Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi