Hillari Klinton ABŞ prezidentini Suriya aviasiyasını sıradan çıxartmağa çağırıb

Hillari Klinton ABŞ prezidentini Suriya aviasiyasını sıradan çıxartmağa çağırıb Keçmiş birinci xanım Suriya aviasiyasını əhali arasında əksər ölümlərin səbəbi kimi bilir
Digər ölkələr
7 Aprel , 2017 06:53
Hillari Klinton ABŞ prezidentini Suriya aviasiyasını sıradan çıxartmağa çağırıb

Bakı. 7 aprel. REPORT.AZ/ ABŞ-ın Prezident Administrasiyası Suriyada kimyəvi silahın güman edilən tətbiqinə görə ibrət dərsi vermək üçün Dəməşqin döyüş aviasiyasını sıradan çıxartmalıdır.

"Report" xəbər verir ki, bu fikri "Qadınlar dünyada" adlı forumda Birləşmiş Ştatların keçmiş dövlət katibi Hillari Klinton səsləndirib.

"Prezident Bəşər Əsədin dinc əhali arasında əksər ölümlərin səbəbi olan Hərbi-Hava Qüvvələri var. Biz bunu uzun illər görmüşük və son günlər bir daha əmin olduq", - deyə ABŞ-ın keçmiş birinci xanımı bildirib.

"Mən əvvəl də, indi də əminəm ki, biz onun (Suriya prezidentinin) aerodromlarını gərək sıradan çıxardardıq və bu şəkildə onun yenidən günahsız insanları bombalamasına, havadan onların üzərinə zarin qazı səpələməsinə mane olmuş olardıq", - deyə Klinton əlavə edib.

Son xəbərlər

Orphus sistemi