Heydər Cаmal Almatıda dəfn olunub

Heydər Cаmal Almatıda dəfn olunub Mərhumun oğlu Orxan Cаmalın sözlərinə görə, atasının son arzusu Almatıda dəfn olunmaq idi
Digər ölkələr
6 Dekabr , 2016 14:22
Heydər Cаmal Almatıda dəfn olunub

Bakı. 6 dekabr. REPORT.AZ/ Rusiya İslam Komitəsinin sədri, əslən azərbaycanlı din xadimi və ilahiyyatçı filosof Heydər Camal Almatıda dəfn olunub.

Bu barədə "Report" Qazaxıstan mətbuatına istinadən xəbər verir.

Heydər Camalın Qazaxıstandan olan ardıcılları onunla vida mərasiminə qatılıblar. Son mənzilə yola salmaq üçün Moskvadan onun həyat yoldaşı və oğlu da gəlib.

Mərhumun oğlu Orxan Cаmalın sözlərinə görə, atasının son arzusu Almatıda dəfn olunmaq idi.

"Atam bilirdi ki, ölür və Moskvaya aparılmasını istəmirdi. Onun yarımçıq işləri qalıb. Həmin işləri mənimlə birlikdə atamın bütün dünyada  - Türkiyə, Əfqanıstan, Cənubi-Şərqi Asiya, Avropa və ABŞ-da yaşayan tələbələri tamamlayacaq" - O.Camal bildirib. 

Qeyd edək ki, Heydər Camal uzun sürən xəstəlikdən sonra 69 yaşında vəfat edib. O, Rusiya İslam Komitəsi Regionlararası İctimai Təşkilatının sədri, "Rusiya İslam İrsi" Ümumrusiya İctimai Hərəkaı prezidiumunun həmsədri və üzvü idi.

Son xəbərlər

Orphus sistemi